Prezident İlham Əliyev 19 oktyabr 2016 il tarixində Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.

Şirkətin rəhbəri Əbülfəz Qafarov Prezident İlham Əliyevə məlumat verdi ki, sənaye parkının istehsal sahəsi 11 müəssisə və 1 istixana kompleksindən ibarətdir. Hazırda 9 müəssisənin və istixana kompleksinin inşası başa çatdırılıb.

Prezident İlham Əliyevə “Karvan L” elmi istehsalat birliyinin müəssisələrində hazırlanan məhsullar təqdim olundu.

Sonra dövlət başçısı müəssisələrin və istixana kompleksinin açılışını etdi.

Müəssisə ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və kompleksin işçiləri ilə görüşən Prezident İlham ƏLİYEV dedi: 

Bu gün çox gözəl, əlamətdar bir gündür. Biz Ağstafa rayonunda sənaye parkının açılışını qeyd edirik. Mən bu təşəbbüsü çox alqışlayıram. Şadam ki, burada bütün işlər düşünülmüş qaydada öz həllini tapır. Burada bir neçə müəssisə fəaliyyət göstərəcək. Yüzlərlə, bəlkə də minlərlə yeni iş yeri yaradılacaq. Bu sənaye parkında son illər ərzində gördüyümüz işlər artıq əyani şəkildə özünü göstərir. Regionların inkişafı, sənaye potensialının gücləndirilməsi, yeni iş yerlərinin, ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafı – yəni, bu sənaye parkında bizim siyasətimiz öz əksini tapıb. Bu sənaye parkının özəlliyi ondan ibarətdir ki, burada yerli biznes özü bu parkı yaradır.

Karvan L ELMİ İSTEHSALAT Şirkəti Azərbaycanda ih05müxtəlif növləri ilə məşgul olan bir neçə müəssisəni özündə birləşdirən ilk və iri özəl istehsalat və ticarət təşkilatlarindan biridir.Şirkətimiz 1993-cü ildə yaranmişdir.Şirkət 6 əsas istiqamətdə fəaliyyət görsədir.

  • -Kimyəvi məhsullarin istehsali
  • -Lak Və Boya istehsali
  • -Dəmir dam örtükləri və aksessuarlari
  • -Müxtəlif profil Avadanliqlarin istehsali
  • -Şüşə emali və metal şüşə konstruksiyalar
  • -Tullantilarin emali və utilizasiyasi

 

“Karvan L“ Şirkəti xammal alişinda dünyanin ən qabaqcil istehsalçilari ilə çalişir . Şirkət müştərilərin maragini həmişə nəzərə alir və buna görə də həmişə yüksək keyfiyyətli məhsullar istehsal edir.Şirkətimiz daxili və xarici bazarda yüksək keyfiyyəti və rəqabət aparmaq bacarigi ilə seçilir. Biz müasir nəzarət sistemi və istehsalat texnologiyasi sayəsində məhsullarin yüksək keyfiyyətini qorumaqla qiymətləri azaltmaga nail olmuşuq.

“Karvan-L” Şirkəti həm iri topdan satiş müəssisəsinin, həmdə adi fiziki şəxsin tələbatini ödəməyə hazirdir.Şirkətin məhsullari Azərbaycanin bütün bölgələrinə həmçinin Avropa, Amerika, MDB ölkələrinə ixrac olunur. Bütun alicilar məhsul, onun təyinati və tətbiqi barədə informasiya ilə təmin olunurlar.