Lak və boya

Lak və boya

“Karvan-L” şirkəti Azərbaycanda lak-boya məhsulları istehsalı üzrə ixtisaslaşan ilk şirkətlərdən biridir. Şirkətin inşaat bazarında topladığı iş təcrübəsi həm kütləvi istehlakçı üçün, həm də sifarişçinin tələblərinə uyğun olaraq xüsusi lak-boya məhsulları istehsal etməyə imkan verir. Zavodun mərkəzi laboratoriyasının yüksək ixtisaslı mütəxəssisləri:

  • xüsusi fiziki-mexaniki xassələrə;
  • sifarişçinin tələblərinə müvafiq özüllüyə;
  • örtülmə və ağlıq dərəcəsinin dəyişkənliyinə;
  • səth təbəqəsinin elastikliyinin və möhkəmliyinin dəyişkənliyinə malik olan lak-boya materiallarının reseptlərini işləyib hazırlayırlar.

Şirkətin yüksək səmərəliliyi ilə seçilən müasir avadanlığı, xüsüsi elmi-tədqiqat bazası müəssisədə buraxılan məhsulun çeşidini daim genişləndirməyə və onun keyfiyyətini yüksəltməyə imkan verir.

Hazırda bizim şirkətdə 50-dən cox adda lak-boya məhsulları, o cümlədən: fasad boyaları, astarlama, şpatlevkalama və emal məhsulları; metal və taxta səthini qorumaq üçün lak-boya materialları; inşaat yapışqanları və kipləndirici materiallar; pentaftal laklar və günəbaxan yağı; parket, mebel və digər ağac məmulatları üçün rəngsiz laklar istehsal edilir.

“Karvan-L” şirkəti beynəlxalq standartlaşdırma qurumu tərəfindən öyrənilmiş və beynəlxalq ISO 9001-2000 sertifikatı, Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Komitəsi və Dövlət Sanitariya Epidemiya Nəzarət orqanlarının sertifikatı ilə sertifikatlaşdırılmışdır.
Şirkətimiz fasad boyaları, yol nişan boyaları və Bakı şəhəri Icra Hakimiyyəti tərəfindən həyata keçirilmiş tikinti proqramları üçün digər malların satışı üzrə keçirilmiş müsabiqələrdə dəfələrlə qalib gəlmişdir.