Üzvi Kimya

Üzvi kimya

Distillə edilmiş Naften turşuları (DNT) CAS NO1338-24-5

Bu gunə qədər neft turşuları bir sıra tədqiqatçıların araşdırma predmeti olub. Yuxarıda qeyd olunan üzvi birləşmələr sinfinə olan marağa yalnız praktiki nöqteyi nəzər deyil, həmçinin ümumi humanitar nöqteyi nəzər səbəb olub. S.S.Nametkinə görə: “…neft turşularının tərkibi və quruluşu neftin genezisi ilə deyil, həmçinin Yer üzündə həyatın yaranması ilə sıx əlaqəlidir”.

Mənşəyindən asılı olaraq, neftin tərkibində müxtəlif miqdarda naften turşuları ola bilər, lakin bütün hallarda bu miqdar əhəmiyyətli dərəcədə deyil. Naften turşuları neftin tərkibindən spirtli qələvi ilə çıxarılır. İstənilən neftin tərkibində olan naften turşularının quruluşu neftin mənşəyindən asılı olaraq eynidir.

cna

Bütün dünyada xüsusən də MDB ərazisində hasil olunan neftlə müqayisədə Azərbaycanda hasil olunan neft tərkibindəki neft turşularının miqdarının çox olması ilə fərqlənir. Beləliklə, naften turşuları ilə zəngin olan mənbə Bibi-Heybət, Ramanı, Binəqədi, Balaxanı, Sabunçu və digər yataqlardan hasil olunan neftdir. Bəzi neft çeşidlərinin tərkibində neft turşularının miqdarı 1,5 – 2% çatır. Naften əsaslı Bakı neftinin tərkibindən ayrılan turşular öz tərkib və fiziki-kimyəvi xassələrinə görə tam olaraq sintetik naften turşularına uyğun olduğu üçün onları, adətən neft turşuları deyil, təbii naften turşuları adlandırırlar.

İlk dəfə Bakı neftində naften turşuları 1874-cü ildə aşkar edilib. Neftin tərkibində molekulunda 11-dən 18-ə qədər karbon atomu olan bitsiklik naften turşuları və molekulunda 21-dən 24-ə qədər karbon atomu olan üç tsikllik naften turşuları, molekul kütləsi 250-1400 diapazonunda olan aromatik turşular aşkar edilmişdir. Molekul kütləsi 250-dən çox olmayan aşağı molekullu aromatik turşular 2-metil-4-(dimetilfenil)-butan turşusu kimi bir aromatik nüvəyə malik turşular olmuşdur. Yuxarıda qeyd edilən karbon turşularından başqa neftin tərkibində dikarbon turşuları da aşkar edilib. Hətta eyni qaynama dərəcəsinə malik olan, lakin müxtəlif neft tərkiblərindən ayrılan neft turşuları öz fiziki-kimyəvi xassələrinə görə əhəmiyyətli dərəcədə fərqlənə bilərlər. Yüngül neft fraksiyaların tərkibində olan aşağı malekullu turşular bir qayda olaraq özlülüyü az olan, tez uçan, kəskin xoşa gəlməyən qoxulu mayedir.

Təcrübələr nəticəsində aşakr edilmişdir ki, karboksil qrup naften halqasına nə qədər yaxın yerləşərsə naften turşuların qoxusu o qədər intensiv olar. Yüksək malekullu turşular özlü, bəzən yarım bərk, az kəskin qoxulu məhsullardır. Neft turşularında turşu sayı molekulyar kütlə artıqca azalır və 350-250 mq KOH/q arasında dəyişir.

Neft turşuların suda həll olunma qabiliyyəti məhduddur və molekul kütləsi artdıqca azalır. Yüngül fraksiyalardan və Bakı neftinin yağ fraksiyalarından ayrılmış turşular üçün  20°С temperaturda 1 dmsuda həll olma qabiliyyəti müvafiq olaraq 37.2 və 7 mq-a bərabərdir.   

Naften turşuları kimyəvi xassələrinə görə yağlı turşularla oxşardılar. Naften turşularının duzlarına naftenat deyilir. Naften turşuları antiseptik xassələrə malikdir ,onlar polimerlərin, boyaq maddələrin, kauçukların  həllediciləri olaraq lakın komponenti kimi tətbiq edilir, motor yanacaqlarına antiseptik vasitə kimi əlavə edilir.

Naften turşularının azaldılmış efirləri sintetik kauçukların, PVX və s. plastifikatorları kimi, həmçinin sintetik sürtkü yağları kimi istifadə edilir. Emulqatorlar, yuyucu və yağsızlaşdırıcı vasitələr, bitkilərin böyüməsinin stimulyatorları kimi qələvi metalların naftenatları yağ qatılaşdırıcılarının və sürtkülərin hazırlanmasında tətbiq edilir. Ca naftenatları sürtkü, soyuducu mayelərin, sukeçirməyən kompozisiyaların tərkibinə daxildilər, Zn naftenatları ilə birlikdə onları yüksək təyziq altında işləyən maşınlar üçün plastik sürtkü və sürtkü yağların tərkibinə əlavə edilir. Neft turşuları metalları onların duzlarının məhlullarından sink, nikel, kadmium, mis, dəmir, kobalt kompleksi şəklində çıxarmağa kömək edir. Ca, Zn, Mg, Ba naftenatlarını minaların axıcılığını yaxşılaşdırmaq üçün və lak-boya sənayesində tətbiq edilir. Ağır metalların və Al duzları antiseptik kimi lak və boya texnologiyalarında, hərbi sənayedə, neft-kimya proseslerində isə katalizatorların yanacaq və yağlarına aşqar kimi tətbiq edilir.

img_0297Hal hazırda MDB ölkələrində distillə edilmiş neft turşularının (DNT), asidolun və sabunnaftın yeganə istehsalçısı “Karvan-L” şirkətidir. Asidol – kerosin və yüngül yağ distillatlarından alınan, eyni miqdar sərbəst, sabunlanmayan komponentlərdən ibarət olan texniki neft turşularıdır. Asidol qatranın, kauçukun, anilin boyayıcıların həlledicisi qismində, basma zamanı yunu islatmaq üçün, rəngli lakların hazırlanması zamanı, tekstil istehsalında antiseptik kimi tətbiq edilir. Asidol-sabunnaft – neft turşularının natrium duzlarının (30 % yaxın) sərbəst turşularla qarışığıdır. Sabunnaftla müqaisədə asidol-sabunnaftın tərkibi daha çox neft turşularından ibarətdir, su və mineral duzların miqdarı isə azlıq təşkil edir. Sabunnaft – tərkibi su, sabunlanlaşmayan komponenetlər və mineral duzlardan ibarət olan neft turşularının natrium duzlarıdır. Sabunnaft qələvi tullantılarının qismən yağsızlaşdırılması və susuzlaşdırılması yolu ilə alınır. Neft turşularının qələvi duzları yuyucu xüsusiyyətlərə malik olduğu üçün qələvi təmizlənmənin tullantıları olan sabunnaft tekstil istehsalı üçün yuyucu vasitələrin hazırlanmasında tətbiq edilir. Sabunnaft və asidol-sabunnaft sabunbişirmə, tekstil sənayesində, bitkilərin ziyanvericiləri ilə mübarizədə və s. tətbiq edilir. Sonradan istehsal edilən ticarət mallarının asortimenti distillə edilmiş naften turşularının əmələ gəlməsi hesabına yayılıb. Distillə edilmiş naften turşuları (DNT) reaktiv və dizel yanacaqlarına köhnəlməyə qarşı aşqarlar kimi geniş tətbiq edilir. Köhnəlməyə qarşı aşqar kimi (QOST 13302-77) turşu tipli “K” aşqarı (distillə edilmiş naften turşusu) istifadə edilir. “K” aşqarı reaktiv yanacaqların tərkibinə 0,001 – 0,004 % (kütlə payı) miqdarında əlavə edilir və EN 590:2004 (QOST Р 52368-2005) standartına cavab verir. Bu miqdarda hidrogenizasiya prosseslərin istifadəsilə alınan yanacaqların turşuluğu 0,7 mq KOH/100 sm3 keçmir, bu da yanacaqların digər istismar xassələrinə mənfi təsir göstərmir. Bu aşqarla RТ (QOST 10227-86) yanacağı keçmiş SSRİ ölkələrində, həmçinin xaricdə geniş istifadə edilir.