2016-cı il oktyabrın 19-da Prezident İlham Əliyev Ağstafa rayonunda “KARVAN-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.

“KARVAN-L EKO” KARVAN-L şirkətlər qrupuna daxildir və Ağstafa şəhərində sahəsi 50 ha olan,
istehsal və emal müəssisələrinin yaradıldığı və birləşdirildiyi iri sənaye parkından ibarətdir.

“KARVAN-L EKO” şirkətinin fəaliyyəti Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iq-tisadi inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapmış məqsəd və vəzifələrə tamamilə uyğundur. 2016-cı ildə Prezident İlham Əliyev “KARVAN-L EKO” sənaye parkının təntənəli açılış mərasimində iştirak edib. Burada qismən şirkətin elmi bölmələri tərəfindən yaradılmış, qismən də xaricdən gətirilmiş müasir texnologiyaların və avadanlıqların tətbiq olunduğu istehsalat və emal, kənd təsərrüfatı müəssisələri fəaliyyət göstərir.

Hal-hazırda “KARVAN-L EKO” sənaye parkına müxtəlif istiqamətlərdə fəaliyyət göstərən zavod və müəssisələr daxildir:

POLİETİLEN ÖRTÜK İSTEHSALI ZAVODU
PLASTİK BORU İSTEHSALİ ZAVODU
XÜSUSİ METAL EMALİ MÜƏSSİSƏSİ
YARARSIZ AVTOMOBİL ŞINLƏRİNİN EMALİ
POLİETİLEN TULLANTILARIN EMALİ
DAM ÖRTÜKLƏRİ VƏ ONLARIN AKSESSUARLARININ İSTEHSALI
ŞÜŞƏ VƏ PLASTİK KONSTRUKSİYALARIN İSTEHSALI ZAVODU
YERLİ XAMMALDAN DEKORATİV VƏ MOZAİKA DAŞLARININ İOSTEHSALI MÜƏSSİSƏSİ
BİOORQANİK KƏND TƏSƏRRÜFATI MƏHSULLARI YETİŞDİRİLƏN İSTİXANA KOMPLEKSİ
KERAMİK KİRƏMİT VƏ KƏRPİC İSTEHSALI